Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda işıq təchizatı dayandırılacaq

11:42 - 31 Yanvar 2026 tarixində dərc olunub.

Biləsuvarın bəzi ərazilərinin işıq təchizatında fasilə yaranacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilir ki, yanvarın 31-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Biləsuvar” yarımstansiyasından qidalanan 10 kV-luq 11 saylı hava xəttində təmir və xətt boyunca ağac budanması işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək şəhər ərazisində Mübariz İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmayılov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və ağac budanması işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Müəllif: Ucnoqta.az redaksiyası