Ucnoqta.az
www.ucnoqta.az

Qubada “Kia” yük maşını ilə toqquşub - xəsarət alanlar var

17:30 - 29 Yanvar 2026 tarixində dərc olunub.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonunun İqrıq kəndi yaxınlığından keçən hissəsinə avtoqəza baş verib.

Ucnoqta.az xəbər verir ki, “Kia” markalı nəqliyyat vasitəsi yük avtomobili ilə toqquşub. Qəza nəticəsində 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onlara müvafiq tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası