Ucnoqta.az
www.ucnoqta.az

Çempionlar Liqasının pleyy-off mərhələsinin oyunları bu tarixdə keçiriləcək

12:04 - 29 Yanvar 2026 tarixində dərc olunub.

"Qarabağ" UEFA Çempionlar Liqasında Liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vurdu.

Ucnoqta.az xəbər verir ki, Ağdam klubu Çempionlar Liqasının pleyy-off mərhələsinə yükəsldi. Pley-off mərhələsinin püşkatma mərasimi yanvarın 30-da keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Püşkün nəticəsinə əsasən, “Qarabağ” 11–12-ci yerləri tutan komandalardan biri ilə qarşılaşacaq. “Qarabağ”ın bu mərhələdə mümkün rəqibləri Fransa təmsilçisi PSJ və İngiltərənin “Nyukasl” klubudur.

Pley-off mərhələsinin ilk oyunları 17–18 fevral, cavab görüşləri isə 24–25 fevral tarixlərində baş tutacaq.

Müəllif: Ucnoqta.az redaksiyası