Ucnoqta.az
www.ucnoqta.az

Ağcabədidə usta iş zamanı dəm qazından öldü

11:13 - 29 Yanvar 2026 tarixində dərc olunub.

Ağcabədidə usta hamamda dəm qazından zəhərlənərək öldü.

Ucnoqta.az xəbər verir ki, hadisə Ağcabədi şəhəri ərazində baş verib.

Belə ki rayon sakini 1978-ci il təvəllüdlü Bayramov Kənan hamamda təmir işi görərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır

Müəllif: Ucnoqta.az redaksiyası