Ucnoqta.az
www.ucnoqta.az

"Qarabağ" Bakıya qayıtdı

10:45 - 29 Yanvar 2026 tarixində dərc olunub.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan "Qarabağ" komandası Bakıya qayıdıb.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan çempionunu Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, "Qarabağ" pley-offda Fransanın PSJ və ya İngiltərənin "Nyukasl" kollektivlərindən biri ilə üz-üzə gələcək. Püşkatma mərasimi yanvarın 30-da baş tutacaq.

Müəllif: Ucnoqta.az redaksiyası