Ucnoqta.az
www.ucnoqta.az

"Qarabağ" - "Liverpul" oyunu zamanı hava necə olacaq?

21:57 - 28 Yanvar 2026 tarixində dərc olunub.

Bu gecə "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində sonuncu 8-ci turunda İngiltərədə "Liverpul" komandası ilə qarşılaşacaq.

Ucnoqta.az xəbər verir ki, qarşılaşmanın keçiriləcəyi Liverpul şəhərində axşam havanın temperaturu +6...+7°C-yə düşəcək. Cənub-şərq küləyi 7-11 km/saat sürətlə əsəcək. Havanın bir qədər quru, lakin ümumilikdə rahat olacağı gzlənilir.

Bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.

Müəllif: Ucnoqta.az redaksiyası