Ucnoqta.az
www.ucnoqta.az

Kiyevdə 710.000 insan elektriksiz qalıb

00:02 - 28 Yanvar 2026 tarixində dərc olunub.

Kiyevdə elektriksiz qalan abonentlərin sayı 710.000-dir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin birinci müavini və Energetika naziri Denis Şmıxal bildirib.

Kiyev hələlik proqnozlaşdırılan elektrik kəsilməsi cədvəlini saxlaya bilməyib.

Lakin Şmıqal xəbərdarlıq edib ki, elektrik şəbəkəsi qeyri-bərabər zədələnib, ona görə də bərpa edildikdən sonra cədvəllər müxtəlif enerji mərkəzlərində əhəmiyyətli dərəcədə dəyişə bilər.

Müəllif: Ucnoqta.az redaksiyası