Ucnoqta.az
www.ucnoqta.az

Naxçıvanda yüksək vəzifəli şəxs işdən çıxarıldı

21:17 - 27 Yanvar 2026 tarixində dərc olunub.

Naxçıvan Ali Məclisinin aparat rəhbəri vəzifəsindən azad edilib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan MR Ali Məclisinin aparat rəhbəri Ülvi Mötəbər oğlu Hüseynli tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Ülvi Hüseynlinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi aparatının rəhbəri təyin edilməsi haqqında 2020-ci il fevralın 22-də Vasif Talıbov Fərman imzalamışdı.

Müəllif: Ucnoqta.az redaksiyası