Ucnoqta.az
www.ucnoqta.az

İran sülhə aparan istənilən prosesi alqışlayır - Pezeşkian

21:14 - 27 Yanvar 2026 tarixində dərc olunub.

Tehran sülhün möhkəmləndirilməsinə və müharibənin qarşısının alınmasına töhfə verəcək istənilən təşəbbüsü alqışlayır.

Ucnoqta.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian bunu Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salmanla söhbətində bildirib.

"İran həmişə sülhə, əmin-amanlığa və beynəlxalq hüquq çərçivəsində münaqişələrin və müharibələrin qarşısının alınmasına aparan istənilən prosesi alqışlamağa hazır olub və hazırdır, eyni zamanda dünyadakı bütün insanların sülh və əmin-amanlıq içində birlikdə yaşaması üçün çalışırıq" - Pezeşkian qeyd edib.

Qeyd olunur ki, bin Salman həmçinin İrana qarşı hər hansı bir təcavüzün və ya təhdidin qəbuledilməzliyini vurğulayıb və Səudiyyə Ərəbistanının Yaxın Şərqdə davamlı sülh və təhlükəsizliyin bərqərar olması üçün İslam Respublikası ilə hər hansı bir şəkildə əməkdaşlığa hazır olduğunu bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası