Ucnoqta.az
www.ucnoqta.az

Fabrikdə baş verən partlayışda beşinci cəsəd də tapılıb

14:46 - 27 Yanvar 2026 tarixində dərc olunub.

Yanğınsöndürənlər Trikaladakı Violanta peçenye fabrikində baş verən partlayış və yanğın zamanı həlak olan beşinci şəxsin cəsədini tapıblar.

Ucnoqta.az bildirir ki, bu barədə Yunanıstanın ERT-news televiziya kanalı yanğınsöndürmə idarəsinə istinadən məlumat verib.

Partlayış zamanı fabrikdə 12 nəfər olub. 

Xatrıladaq ki, partlayış fabrikdə 26 yanvarda yerli vaxtla səhər saat 4:00-da baş verib, ardınca yanğın baş verib. 

Müəllif: Ucnoqta.az redaksiyası