Ucnoqta.az
www.ucnoqta.az

Yaponlar son iki pandanı göz yaşları ilə yola saldılar

13:11 - 27 Yanvar 2026 tarixində dərc olunub.

Yaponlar Çinə gedən son iki panda olan Siao Siao və Lei Lei ilə göz yaşları içində vidalaşdılar.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yanvarda onlar Çinin Siçuan əyalətinə çatacaq və nəhəng pandaların qorunması üzrə tədqiqat mərkəzinə köçürüləcəklər.

İlk pandalar Yaponiyaya 1972-ci ildə, iki ölkə münasibətlərini normallaşdırdıqda verilib. İndi isə, 50 ildən çox müddətdə ilk dəfə olaraq, Yaponiya pandasız qalacaq.

İki ölkə arasında münasibətlər, xüsusən də Yaponiyanın Baş naziri Sanae Takaiçi Çinin Tayvana hücum edəcəyi təqdirdə Yaponiya ordusunun müdaxilə etməli olacağını bildirdikdən sonra gərginləşib.

Müəllif: Ucnoqta.az redaksiyası