Ucnoqta.az
www.ucnoqta.az

5 avtomat, 3 tapança, 1 qumbara, 25 tüfəng, ... - Qanunsuz silahlar aşkarlandı

11:02 - 27 Yanvar 2026 tarixində dərc olunub.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Nazirliyin Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, yanvarın 26-da polis əməkdaşları paytaxt və ölkənin ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapança, 1 qumbara, 25 tüfəng, 6 patron darağı və 140 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Müəllif: Ucnoqta.az redaksiyası