Ucnoqta.az
www.ucnoqta.az

Arvadını qətlə yetirib intihar edən məhkəmə sədrinin oğlu ilə bağlı açıqlama

10:51 - 27 Yanvar 2026 tarixində dərc olunub.

Bakıda şəxsin arvadına xəsarət yetirdikdən sonra intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, yanvarın 25-də Xətai rayonu ərazisində Emin Əlizadənin Şəfiqə Ələkbərovanı qəsdən öldürməyə cəhd etməsi, daha sonra isə özünü hündürlükdən ataraq intihar etməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

İstintaq aparılır.

Qeyd edək ki, E.Əliyevin atası Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevdir.

Müəllif: Ucnoqta.az redaksiyası