Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-nin İranla bağlı məqsədi ölkədə rejim dəyişikliyidir - Senator

10:39 - 27 Yanvar 2026 tarixində dərc olunub.

ABŞ Prezidenti Donald Tramp administrasiyasının İrana qarşı siyasətinin əsas məqsədi İslam Respublikasında rejim dəyişikliyidir.

Ucnoqta.az xəbər verir ki, Respublikaçı senator Lindsi Qrem bunu "The New York Times" qəzetinə verdiyi müsahibədə bildirib.

"Məqsəd rejimin sonuna çatmaqdır", - deyə Qrem son günlərdə Trampla söhbətlərdən sonra bu nəticəyə gəldiyini qeyd edib. 

Müəllif: Ucnoqta.az redaksiyası