Ucnoqta.az
www.ucnoqta.az

Mərkəzi Bank vəzifəli şəxsləri cərimələdi

10:18 - 27 Yanvar 2026 tarixində dərc olunub.

Azərbaycan Mərkəzi Bankı (AMB) BOKT “Finans Kredit” MMC-nin və “SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxslərini cərimələyib.

Bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, Bank olmayan kredit təşkilatı “Finans Kredit” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 1 500 manat, “SF Azerbaijan” Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi isə 2 000 manat məbləğində cərimə edilib.

Müəllif: Ucnoqta.az redaksiyası