Ucnoqta.az
www.ucnoqta.az

Təşkilat ABŞ-nin İrana hücumu halında neytral qalmayacaq - "Hizbullah"ın baş katibi

21:18 - 26 Yanvar 2026 tarixində dərc olunub.

"Hizbullah" İrana və onun rəhbərliyinə qarşı Amerika təhdidinə qarşı durmaq üçün bütün lazımi tədbirləri görəcək.

Ucnoqqta.az xəbər verir ki, bu barədə hərəkatın baş katibi Şeyx Naim Qasım Beyrutda İslam Respublikası ilə həmrəylik mitinqinin iştirakçılarına televiziya ilə müraciətində bildirib.

Şeyx Qasım qeyd edib ki, ABŞ və İsrail İslam Respublikasının - dünyanın hər yerində milyonlarla müsəlman və məzlum insanlar üçün mayak kimi xidmət edən azad və müstəqil bir ölkənin mövcudluğuna dözmək istəmirlər.

"Hizbullah"ın lideri xəbərdarlıq edib ki, İrana qarşı müharibə bu dəfə bütün bölgədə münaqişə alovunu alovlandıracaq.

Müəllif: Ucnoqta.az redaksiyası