Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda 25 mindən çox şəxsə əlillik təyin olunub

15:54 - 26 Yanvar 2026 tarixində dərc olunub.

2025-ci ildə Azərbaycanda 25 mindən çox şəxsə əlillik təyin edilib, 140 mindən çox şəxsə reabilitasiya xidməti göstərilib.

Ucnoqta.az Report-a istinadla xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi İdarə Heyətinin sədri Ramin Rzayev ötən ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2025-ci ildə əlillik təyin olunan 54,5 min şəxsin 29,2 min nəfəri təkrar əlillik alanlardır.

"2024-cü ildə təyinat az, göndəriş çox idi. 2025-ci ildə isə 70 mindən çox göndəriş daxil olub, aparılan qiymətləndirilmələrlə müvafiq qərar verilib".

Müəllif: Ucnoqta.az redaksiyası