Ucnoqta.az
www.ucnoqta.az

"Liverpul" - "Qarabağ" oyununun hakimləri açıqlanıb

13:41 - 26 Yanvar 2026 tarixində dərc olunub.

Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu turunda keçiriləcək "Liverpul" - "Qarabağ" oyununa hakim təyinatları açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, UEFA matçı Slovakiyadan olan hakimlər briqadasına tapşırıb.

Görüşü FİFA referisi İvan Krujlyak idarə edəcək. Ona yan xətt hakimləri qismində Branislav Hantsko və Yan Pozor köməklik göstərəcəklər. Dördüncü hakim Peter Kraloviç olacaq.

VAR Pol van Boekelə, AVAR isə Yan Boterberqə həvalə olunub.

Qeyd edək ki, yanvarın 29-da keçiriləcək "Liverpul" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Müəllif: Ucnoqta.az redaksiyası