İraq prezident seçkiləri Nümayəndələr Şurasında (parlament) 27 yanvar 2026-cı ildə keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə İraq Parlamentinin sədri Heybət əl-Halbusi məlumat verib.
İNA xəbər agentliyi əl-Halbusinin sözlərinə istinadən bildirib ki, "Prezident seçkiləri ilə bağlı parlament iclası gələn çərşənbə axşamı, 27 yanvar tarixinə təyin edilib".
İraq prezidentliyinə namizədlərin yekun siyahısına 19 nəfər daxildir.