Ucnoqta.az
www.ucnoqta.az

Neftçalada ağır qəza - 15 yaşlı yeniyetmə öldü

17:56 - 24 Yanvar 2026 tarixində dərc olunub.

Neftçalada baş verən qəzada azyaşlı ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə Neftçala rayonunun Aşağı Surra kəndi ərazisində qeydə alınıb.

"Mercedes Sprinter" və "VAZ 2106" markalı avtomobilər toqquşub. "VAZ 2106"da olan Neftçala sakini, 2011-ci il təvəllüdlü Ələkbərov Murad Sabir oğlu xəstəxanaya aparılarkən yolda ölüb. Onun 16 yaşlı qardaşı Neftçala Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. ///Apa

Müəllif: Ucnoqta.az redaksiyası