Ucnoqta.az
www.ucnoqta.az

Salyanda avtoxuliqanlıq edən sürücü həbs edilib

20:11 - 23 Yanvar 2026 tarixində dərc olunub.

Salyanda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Ucnoqta.az xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə idarə etdiyi “Azsamand” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan Hüseyn Bağırov saxlanılıb.

Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə H.Bağırov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Müəllif: Ucnoqta.az redaksiyası