Böyük Britaniya Sülh Şurasının mandatı yalnız Yaxın Şərq bölgəsinə şamil edilərsə, onun işini dəstəkləyəcək.
Ucnoqta.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer Channel 4-ə verdiyi müsahibədə bildirib.
"Əvvəlcə köklərini anlamalıyıq. O, Yaxın Şərq və Qəzzanı idarə etmək üçün bir vasitə kimi ortaya çıxdı. Bu vacibdir. İndi Qəzzada atəşkəs əldə edildiyi üçün növbəti mərhələyə keçməliyik. Mən Yaxın Şərq üçün bu vacib yolda bizə kömək edəcək strukturların mövcudluğunu dəstəkləyirəm" - Baş nazir deyib.