Ucnoqta.az
www.ucnoqta.az

Füzulidə narkotikə görə iki nəfər həbs olundu

10:10 - 23 Yanvar 2026 tarixində dərc olunub.

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Əyyub Məlikov və əvvəllər məhkum olunmuş Ramil Quliyev saxlanılıblar.

Ucnoqta.az xəbər verir ki onladan 12 kiloqram 635 qram marixuana, 2 kiloqram 880 qram tiryək, 1 kiloqrama yaxın metamfetamin və 800 ədəd psixotrop tərkibli metodon həbi aşkarlanıb. Bu şəxslərin narkotik vasitələri satmaq məqsədi ilə əldə etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb. Ə.Məlikov və R.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası