Ucnoqta.az
www.ucnoqta.az

Şirvan xəstəxanasının həkimi vəfat edib

08:43 - 23 Yanvar 2026 tarixində dərc olunub.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkimi Arif İsmayılov dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, bu barədə yaxınları sosial şəbəkədə məlumat veriblər. 

İsmayılov Arif Əli oğlu Qazıməmməd şəhərində anadan olub.1975-1981-ci illərdə Azərbaycan Tibb Universitetinin həkim laborant ixtisasını oxuyub.
Universiteti qurtardıqdan sonra Əli Bayramlı (Şirvan) şəhər Mərkəzi Xəstəxansının Labaratoriya şöbəsində həkim laborat kimi fəaliyyətə başlayıb.

2014-cü ildə Fəxri Fərmanla təltif olunub.

Müəllif: Ucnoqta.az redaksiyası