Ucnoqta.az
www.ucnoqta.az

Qaradağda qanunsuz ov edənlər tutuldu

17:29 - 22 Yanvar 2026 tarixində dərc olunub.

Qaradağda qanunsuz ov edənlər saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, Qaradağ RPİ-nin 38-ci PŞ əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı Sahil qəsəbəsi ərazisində müvafiq icazələri olmadan qanunsuz ov edən 2 nəfər saxlanılıb.

Araşdırmalarla onların Lənkəran rayon sakinləri H.Kərimov və R.Əkbərov olduqları müəyyən edilib.

Həmin şəxslərdən 2 ədəd ov silahı, patronlar və qanunsuz ovlanmış müxtəlif növ çöl quşları aşkarlanıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası