Həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili 2022-ci ilin aprel ayından bəri ilk məhkəmə iclasında iştirak edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli televiziya kanalları məlumat verib.
Məhkəmə iclasında çıxış edən Saakaşvili hökuməti tənqid edib, müxalifət arasında birliyə çağırıb və azadlığa çıxacağı təqdirdə "Gürcü Arzusu Partiyasının hakimiyyətinə bir saata son qoyacağını" bildirib.
Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib və bundan sonra ölkədə ona qarşı dörd cinayət işi açılıb. Onlardan ikisində qiyabi olaraq üç və altı il həbs cəzasına məhkum edilib. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb və sonradan sərhədi qanunsuz keçməkdə ittiham olunub.
2022-ci ilin may ayında səhhətinin pisləşməsi səbəbindən o, 2025-ci ilin noyabr ayına qədər orada qaldığı özəl Tbilisi klinikası "Vivamed"ə aparılıb. Klinikada olarkən Saakaşvili bəzən məhkəmə iclaslarında video bağlantı vasitəsilə iştirak edib.