Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 6 prokurorluq əməkdaşı məsuliyyətə cəlb olunub

16:01 - 21 Yanvar 2026 tarixində dərc olunub.

Ötən il Bakıda xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılmış, belə ki, şəhər prokurorluq orqanları əməkdaşlarından ümumilikdə 6 nəfər intizam məsuliyyətinə cəlb olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda 2025-ci ildə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsində bildirilib.

Onlardan 2 nəfər prokurorluq orqanlarından xaric edilib, 1 nəfər isə tutduğu vəzifədən azad olunub.

Müəllif: Ucnoqta.az redaksiyası