Ucnoqta.az
www.ucnoqta.az

İsrail və Türkiyənin "Sülh Şurası"nda iştirakı münasibətlərini yaxşılaşdıra bilər - Uitkoff

15:27 - 21 Yanvar 2026 tarixində dərc olunub.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff hesab edir ki, İsrail və Türkiyənin ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılan Qəzza üzrə "Sülh Şurası"nda iştirakı iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasına və mövcud gərginliyin azaldılmasına kömək edəcək.

Ucnoqta.az xəbər verir ki, Uitkoff CNBC-yə verdiyi müsahibədə bildirib.
"Mən Baş nazir Binyamin Netanyahu ilə danışdım. O, şuraya qoşulmağın çox vacib olduğunu bilir. Biz bilirik ki, İsrail və Türkiyə, eləcə də Qətər arasında bəzi gərginliklər var. Və biz etməyə çalışdığımız şey bu iki ölkə arasında dialoqun qurulmasını təmin etməkdir", - xüsusi nümayəndə vurğulayıb.

Müəllif: Ucnoqta.az redaksiyası