Ucnoqta.az
www.ucnoqta.az

Netanyahu Trampın Qəzza Sülh Şurasına qoşulmaq üçün dəvətini qəbul edib

11:16 - 21 Yanvar 2026 tarixində dərc olunub.

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Qəzza zolağındakı vəziyyəti həll etmək üçün yaradılan "Sülh Şurası"na qoşulacağını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Baş Nazirinin Ofisi məlumat yayıb.

Açıqlamada deyilir ki, Baş nazir Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın dünya liderlərinin də daxil olacağı Sülh Şurasına qoşulmaq üçün dəvətini qəbul edib.

Müəllif: Ucnoqta.az redaksiyası