Ucnoqta.az
www.ucnoqta.az

Bakıda iki sərnişin avtobusu toqquşdu

11:01 - 21 Yanvar 2026 tarixində dərc olunub.

"BakuBus”a məxsus 121E və 210 nömrəli avtobuslar toqquşub.

Ucnoqta.az xəbər verir ki, hadisə səhər saatlarında Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində baş verib.

 

Məlumata görə, 210 nömrəli avtobus gözlənilmədən 121E nömrəli avtobusun qarşısına çıxıb və nəticədə toqquşma qeydə alınıb.

Qəza nəticəsində avtobuslarda olan sərnişinlər düşürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Müəllif: Ucnoqta.az redaksiyası