Ucnoqta.az
www.ucnoqta.az

Aeroport yolu buz bağlayıb - Diqqət

08:02 - 21 Yanvar 2026 tarixində dərc olunub.

Hazırda Aeroport şosesi mərkəz istiqamətində yolun buz bağlaması səbəbindən nəqliyyatın hərəkəti çətinləşib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Ucnoqta.az-a verilən məlumata görə, sürücülərdən qəzaların baş verməməsi üçün hərəkət zamanı sürət həddinə əməl etmələri və düzgün ara məsafəsi saxlamaları xahiş edilir.

Müəllif: Ucnoqta.az redaksiyası