Ucnoqta.az
www.ucnoqta.az

Dairəvi yolda qəza olub - FOTO

23:37 - 20 Yanvar 2026 tarixində dərc olunub.

Hazırda Yasamal rayonu, Kənar dairəvi yolun hər iki istiqamətində buzlaşma səbəbində nəqliyyatın hərəkətində çətinlik yaranıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Məlumata görə, bu səbəbdən yol-nəqliyyat hadisəsi baş verib.

Nəqliyyat vasitələrinin hərəkətinin bərpa edilməsi üçün yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Müəllif: Ucnoqta.az redaksiyası