Ucnoqta.az
www.ucnoqta.az

Suriya Ordusunun bölmələri Əş-Şədddi şəhərinə daxil olur

19:34 - 19 Yanvar 2026 tarixində dərc olunub.

Suriya keçid hökumətinin silahlı qüvvələrinin bölmələri eyniadlı həbsxananın yerləşdiyi Əş-Şədddi şəhərinə daxil olur.

Ucnoqta.az bildirir ki, silahlı qüvvələrin əməliyyat komandanlığı bu barədə Əl-İxbariya televiziya kanalına məlumat verib.

Komandanlıq qeyd edir ki, Suriya Demokratik Qüvvələri İŞİD yaraqlılarını Əş-Şədddi həbsxanasından azad etdikdən sonra qoşunlar Haseke əyalətindəki Əş-Şədddi şəhərinə girməyə başlayıb.

Müəllif: Ucnoqta.az redaksiyası