Ucnoqta.az
www.ucnoqta.az

Kərim Vəliyev Qətərdə

14:07 - 19 Yanvar 2026 tarixində dərc olunub.

Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Silahlı Qüvvələri tərəfindən təşkil edilən 9-cu Doha Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransında ("DIMDEX 2026") iştirak etmək məqsədilə bu ölkədə səfərdədir. 

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Dəniz təhlükəsizliyi və müdafiə sahəsində beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma hesab olunan "DIMDEX 2026" sərgisinin rəsmi açılış mərasimindən sonra general-polkovnik K.Vəliyev və digər ölkələrdən olan rəsmi nümayəndə heyətləri sərgi pavilyonlarında yerləşən stendlərə baxış keçiriblər.

Müəllif: Ucnoqta.az redaksiyası