Ucnoqta.az
www.ucnoqta.az

Ümid Partiyasında əməliyyat - Həbs edilən var

13:06 - 19 Yanvar 2026 tarixində dərc olunub.

Hüquq-mühafizə orqanları Ümid Partiyasının mərkəzi qərargahında əməliyyat keçirib. 

Ucnoqta.az xəbər verir ki, gununsesi.info-nun əldə etdiyi məlumata görə, əməliyyat zamanı Elnur adlı şəxs partiya sədri İqbal Ağazadənin kabinetində həbs edilib. Adıçəkilən şəxsin Ümid sədrinin dostu və həmyerlisi olduğu iddia edilir.

Lakin Gununsesi.info-nun sorğusunu cavablandıran Ümid Partiyasının sədri İqbal Ağazadə əməliyyatın partiyanın ofisində keçirilmədiyini deyib:

“Bizim partiyanın qarşısında belə bir hadisə olub. Amma bunun partiyaya hər hansı aidiyyatı yoxdur. Mən maraqlandım, dedilər ki, axtarışda olan şəxs tutulub”.

Müəllif: Ucnoqta.az redaksiyası