Ermənistan Parlamentinin sədri Rusiyaya səfər etməyə hazırlaşır.
Ucnoqta.az xəbər verir ki, Ermənistan Parlamentinin sədri Alen Simonyan Federasiya Şurasının sədri Valentina Matviyenkonun dəvəti ilə Rusiyaya rəsmi səfər etmək niyyətində olduğunu açıqlayıb.
"Rusiyaya səfərə hazırlaşıram. Rusiya Federasiyasına səfər planlaşdırılır. Tarixlər dəqiqləşdirilməyib, amma dəvətnaməm var. Bu, cavab səfəridir: həmkarım xanım Matviyenko böyük bir nümayəndə heyəti ilə burada idi və mən cavab səfəri üçün dəvət aldım", - Simonyan Ermənistan Parlamentində bildirib.
O, əlavə edib ki, səfər rəsmi xarakter daşıyacaq.