Ucnoqta.az
www.ucnoqta.az

Sabunçuda 10 kiloqrama yaxın marixuana aşkarlanıb

15:14 - 18 Yanvar 2026 tarixində dərc olunub.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı 32 yaşlı Şadman Zamanlı şübhəli şəxs qismində saxlanılıb.

Ondan 9 kiloqram 955 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.

Araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası