Ucnoqta.az
www.ucnoqta.az

Bakı metrosunda sərnişin öldü

12:14 - 17 Yanvar 2026 tarixində dərc olunub.

Bu gün saat 11:30 radələrində “20 Yanvar” stansiyasının palatformasında bir nəfər kişi cinsli sərnişinin halı pisləşib.

Bu barədə Ucnoqta.az-a Bakı Metropoliteni QSC-dən məlumat verilib.

Bildirilib ki, əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.

Müəllif: Ucnoqta.az redaksiyası