Ucnoqta.az
www.ucnoqta.az

Xırdalanda dəmir məhəccərləri oğurlayan şəxs saxlanılıb

12:51 - 16 Yanvar 2026 tarixində dərc olunub.

Abşeron rayonu, Xırdalan şəhərində binaların qarşısından dəmir məhəccərlərin oğurlanması barədə polisə müraciət daxil olub. 

Ucnoqta.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən 33 yaşlı Z.Həsənzadə saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası