Ucnoqta.az
www.ucnoqta.az

Polşa Ottava Konvensiyasından çıxır

12:43 - 16 Yanvar 2026 tarixində dərc olunub.

Polşa 20 fevralda piyada əleyhinə minaların istifadəsini, istehsalını və yığılmasını qadağan edən Ottava Konvensiyasından rəsmi olaraq çıxacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik "Radio Zet"də bildirib.

Tomçik bildirib ki, Polşa 20 fevralda Ottava Konvensiyasından çıxır və nəticədə piyada əleyhinə minaları qəbul edib istehsal edə biləcək.

Polşa, Baltikyanı ölkələr və Finlandiya ilə birlikdə 2025-ci ilin mart ayında Ottava Konvensiyasından çıxmaq niyyətini açıqlayıb. Həmin ilin iyul ayında o vaxtkı Polşa prezidenti Andjey Duda ölkənin parlament tərəfindən qəbul edilmiş konvensiyadan çıxması haqqında qanunu imzalayıb.

Müəllif: Ucnoqta.az redaksiyası