Vaşinqton və Kiyev nümayəndələri arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı növbəti iki gün ərzində danışıqların yeni mərhələsi keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Olha Stefanişina məlumat verib.
Stefanişina nümayəndə heyətlərinin tərkibini və ya görüşün yerini açıqlamayıb. O, həmçinin bildirib ki, Volodimir Zelenskinin ABŞ-a səfəri hazırda planlaşdırılmır.