Ötən il ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 360 233 müraciət daxil olub.
Ucnoqta.az APA-ya istinadla xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Müvəqqəti yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 82648, daimi yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 4776 müraciət qeydə alınıb.
Xidmətə 2025-ci il ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 11512 müraciət daxil olub.