Ucnoqta.az
www.ucnoqta.az

Avropanın Qrenlandiyaya qoşun göndərməsi Trampın planlarını dəyişdirmir

23:21 - 15 Yanvar 2026 tarixində dərc olunub.

Avropa ölkələrinin Qrenlandiyaya qoşun göndərmək planları ABŞ prezidenti Donald Trampın Danimarkanın muxtar ərazisini ələ keçirmək niyyətini dəyişdirmir.

Ucnoqta.az bildirir ki, Ağ Evin mətbuat katibi Kerolin Livit bu açıqlamanı müntəzəm mətbuat brifinqində verib.

"Qrenlandiya məsələsinə gəldikdə, düşünmürəm ki, Avropadakı qoşunlar prezidentin qərarlarına təsir edəcək və ya onun Qrenlandiyanı ələ keçirmək niyyətlərini dəyişdirəcək", - deyə o bildirib.

 Bu ölkələr artan hərbi iştirakın Trampa Avropa müttəfiqlərinin adanın və bütövlükdə Arktikanın təhlükəsizliyini təmin etməkdə ciddi olduqlarını göstərəcəyinə ümid edirlər.

Müəllif: Ucnoqta.az redaksiyası