Ucnoqta.az
www.ucnoqta.az

Prezident İqbal Hüseynovu vəzifəsindən AZAD ETDİ

16:46 - 15 Yanvar 2026 tarixində dərc olunub.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Əli oğlu Hüseynov vəzifəzindən azad edilib.

Ucnoqta.az "APA-Economics" -ə istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Qeyd edək ki, İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini vəzifələrində çalışıb.

Müəllif: Ucnoqta.az redaksiyası