ABŞ-nin Qətərdəki səfirliyi bütün işçilərinə ABŞ-ın Əl-Udeyd hava bazası ərazisinə səyahət etməməyi və ölkə daxilində səyahət edərkən daha çox ehtiyatlı olmağı tövsiyə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə səfirliyin veb saytında dərc olunmuş açıqlamada deyilir.
Bildirilir ki, davam edən gərginlik səbəbindən Dohadakı ABŞ səfirliyi işçilərinə daha çox ehtiyatlı olmağı və Əl-Udeyd hava bazasına vacib olmayan səyahətləri məhdudlaşdırmağı tövsiyə edib."
Eynilə, səfirlik həmçinin Qətərdəki bütün ABŞ vətəndaşlarına hava bazası ərazisinə getməməyi tövsiyə edir.