Ucnoqta.az
www.ucnoqta.az

25 yaşlı gənc dəm qazından boğuldu

10:01 - 15 Yanvar 2026 tarixində dərc olunub.

Bakıda daha bir nəfər dəm qazından boğulub.

Ucnoqta.az xəbər verir ki, hadisə Yasamal rayonu Süleyman Tağızadə küçəsində baş verib.

2001-ci il təvəllüdlü Rüstəm Şabanli oğlu İsmayılov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası