Ucnoqta.az
www.ucnoqta.az

Məhkəmə Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafovla bağlı QƏRAR VERDİ

20:34 - 14 Yanvar 2026 tarixində dərc olunub.

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Sevinc Mirzəyeva (Osmanqızı), Abid Qafarov və Beydulla Manafovun cinayət işi üzrə yekun məhkəmə iclası keçirilib.

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən iclasda qiyabi hökm oxunub. Hökmə əsasən, Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov hər biri səkkiz il müddətinə azadlıqdan məhrum ediliblər.

Sevinc Osmanqızı barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində qərar qəbul olunub. Bildirilib ki, o, istintaq orqanından qaçaraq Azərbaycanın hüdudlarından kənarda gizlənib, buna görə barəsində axtarış elan edilib və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib.

2025-ci il sentyabrın 18-də ittihamın məzmununa dəyişikliklər edilib və Sevinc Osmanqızı barəsində Azərbaycan Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub.

Qərara əsasən, Sevinc Osmanqızı "Sevinc Osmanqızı TV" adlı "YouTube" kanalında 17 fevral 2019, 17 oktyabr 2019 və 25 iyul 2020-ci il tarixlərdə yayımladığı videomüraciətlərində insanların iradəsinə təsir edib, onları Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməyə çıxmaqla Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşayiət olunan iğtişaşlara açıq çağırışlar etməsinə, həmçinin bu cür məzmunlu video materialları qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi internet resusları vasitəsi ilə yayılmasına, habelə Beydulla Ənvər oğlu Manafov və qeyriləri ilə bir qrup şəxs halında birləşərək həmin kanalda 2 sentybr 2023 və 13 yanvar 2024-cü il tarixlərdə dialoq zamanı ümumi cinayətkar niyyətə uyğun əlbir olduğu şəxsin fikirlərini dəstəkləməklə insanların iradəsinə təsir edərək, onları Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmağa təşviq etməklə bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşayiət olunan iğtişaşlara açıq çağırışlar edilməsinə nail olmasına, qeyd olunan video materialları idarə etdiyi kanalda qeyri-məhdud şəxslərin baxa biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymasına, eləcə də, Abid Abdin oğlu Qafarov və qeyriləri ilə bir qrup şəxs halında birləşərək həmin kanalda 26 iyun 2024-cü il və 9 dekabr 2024-cü il tarixlərində dialoq zamanı ümumi cinayətkar niyyətə uyğun əlbir olduğu şəxsin fikirlərini dəstəkləməklə insanların iradəsinə təsir edərək, onları Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşayiət olunan iğtişaşlara açıq çağırışlar edilməsinə nail olmasına, qeyd olunan video materialları idarə etdiyi kanalda qeyri-məhdud şəxslərin baxa biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymasına əsalı şübhələr müəyyən edilib.

Xaricdə yaşayan ictimai fəal Abid Qafarov barəsində Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar qəbul olunub.

Həmin qərara əsasən, Abid Qafarov digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviqi ilə 26 fevral 2024-cü il və 28 aprel 2024-ci il tarixlərində təkrarən hakimiyyəti ələ keçirilməsinə yönələn qəsdən açıq çağırışlar etməsinə, bu cür məzmunlu videomaterialların "AzerFreedom TV" kanallarında yayılmasına, bundan başqa, Sevinc Osman qızı Mirzəyeva və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmağı təşviq etməklə 26 iyun 2024-cü ildə və 9 dekabr 2024-cü il tarixdə Azərbaycanda təkrarən hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa, zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlara təkrarən açıq çağırışlar etməsinə, bu cür videomaterialları qeyri-məhdud şəxslərin baxa biləcəyi "YouTube" kanalında "Sevinc Osmanqızı TV" adlı kanal vasitəsilə yayılmasına, bundan əlavə, digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviqi ilə 5 sentyabr 2024-cü il tarixdə hakimiyyətin təkrarən zorla ələ keçirilməsinə yönələn və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa, zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlara təkrarən açıq çağırışlar etməsinə, bu cür videomaterialları qeyri-məhdud şəxslərin baxa biləcəyi "YouTube" internet portalında "AzerFreedom TV" kanalında yayılmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan əlavə, xaricdə yaşayan Beydulla Manafov barəsində Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 281.2 və 283.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Müəllif: Ucnoqta.az redaksiyası