Ucnoqta.az
www.ucnoqta.az

Neftin qiyməti ucuzlaşıb

09:47 - 14 Yanvar 2026 tarixində dərc olunub.

"İCE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin mart müqaviləsinin dəyəri 0,34% azalaraq 1 barelə görə 65,25 ABŞ dolları təşkil edib.

Ucnoqta.az xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin fevral ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,33% azalaraq 60,91 ABŞ dollarına bərabər olub.

Müəllif: Ucnoqta.az redaksiyası