Ucnoqta.az
www.ucnoqta.az

5 bal gücündə zəlzələ oldu

07:56 - 14 Yanvar 2026 tarixində dərc olunub.

Seysmoloqlar Şimali Kuril adaları yaxınlığında 5,0 bal gücündə zəlzələ qeydə alıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsinin Yujno-Saxalinsk seysmik stansiyası məlumat verib.

Zəlzələ dəniz dibinin 45 km dərinliyində qeydə alınıb. Zəlzələnin gücü 5,0 bal olub.

Müəllif: Ucnoqta.az redaksiyası