Şəki-Zaqatala Regional Təhsil İdarəsinin inzibati binasında bir qrup ümumtəhsil müəssisəsinin direktorları ilə görüş keçirilib.
Ucnoqta.az xəbər verir ki, görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, İdarənin struktur bölmə rəhbərləri və əməkdaşları, eləcə də bir qrup məktəb direktoru iştirak edib.
Görüş zamanı ümumtəhsil müəssisələrində aparılmış monitorinqlərin nəticələri təhlil edilib, məktəblərdə təlim-tədris prosesinə nəzarətin gücləndirilməsi, təhlükəsizlik məsələləri, tədrisin keyfiyyəti, məktəb sənədlərinin düzgün aparılması və qarşıda duran hədəflər müzakirə olunub. Eyni zamanda zəruri məsələlərlə bağlı məktəb rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, bu formatda görüşlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.